Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8221
2.1525
0.0195
1.7
0.0517
EUR
1.8221
GBP
2.1525
RUB
0.0195
USD
1.7
TRY
0.0517

“Brave Heart” Region Gənclərinin II Sahibkarlıq Forumu keçiriləcək

“Brave Heart” Region Gənclərinin II Sahibkarlıq Forumu keçiriləcək



26-27 noyabr tarixlərində Gəncə şəhərində “Brave Heart" Region Gənclərinin II Sahibkarlıq Forumu təşkil olunacaq. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının tərəfdaşlığı ilə keçiriləcək forum “Nizami Gəncəvi ili” nə həsr olunub. 

 

Tədbirin keçirilməsində məqsəd ölkə regionlarında yaşayan gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, bu istiqamətdə onların həvəsləndirilməsi, biznes ideyalarının reallaşdırılması və dəstək mexanizmləri haqqında məlumatlandırılması, bilik və bacarıqlarının inkişafı və özünüməşğulluqlarının təmin edilməsinə dəstək olmaqdır. Forum çərçivəsində region gəncləri uğurlu iş adamları, sahibkarlar və investorlarla görüşmək imkanı əldə edəcək, peşəkar mütəxəssislərin təqdimatlarını dinləyəcəklər. Gənclərə mövcud biznes ideyaları əsasındabiznes planın hazırlanmasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən müvafiq dəstək göstəriləcək, mövcud sahibkarlıq fəaliyyətləri peşəkarların iştirakı ilə təhlil ediləcək və onların düzgün istiqamətləndirilməsi üçün müvafiq  addımlar atılacaqdır. Bununla yanaşı, layihə çərçivəsində iştirakçılar tərəfindən hazırlanan 10 uğurlu biznes plan Dövlət Məşğulluq Agentliyinə təqdim ediləcək və həmin gənclərin sahibkarlıq fəaliyyətinə başlaması üçün avadanlıqlarla təmin olunmasına imkan yaradılacaq.


Forum nəticəsində 10 yeni gənc sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur.  

Tədbirdə iştirak etmək istəyən region gəncləri aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər: https://oygib.az/bh-qeydiyyat  

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel