Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8451
2.1608
0.0189
1.7
0.0528
EUR
1.8451
GBP
2.1608
RUB
0.0189
USD
1.7
TRY
0.0528

Qida sektorunda yeni mikro sahibkarlıq subyekti yaradılıb

Qida sektorunda yeni mikro sahibkarlıq subyekti yaradılıb



Qida sahəsində daha bir mikro sahibkarlıq subyekti fəaliyyətə başlayıb. Brendləşdirilmiş və qablaşdırılmış sendviçlərin istehsalı və satışını həyata keçirəcək “Cool Sandwich”in yaradılmasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən müvafiq dövlət dəstəyi göstərilib. Belə ki, “Cool Sandwich”in yaradılması üçün KOBİA tərəfindən məsləhət, dövlət və özəl qurumlarla əlaqələndirmə, peşəkar kadr potensialının formalaşdırılması, marketinq istiqamətlərində dəstək və xidmətlər təmin edilib.

 

Müəssisənin məhsulları qida üçün nəzərdə tutulan karton qutularda qablaşdırılır, təhlükəsiz daşınması üçün soyuducu maşınlardan istifadə olunur.

 

Artıq qablaşdırılmış sendviçlər Bakı şəhərində bir sıra iri ticarət mərkəzlərində və 20-dən çox pərakəndə ticarət şəbəkəsində satılır. Məhsulların Bakı şəhəri ilə yanaşı, yaxın vaxtlarda ölkə regionlarında da satışı həyata keçiriləcək.

 

Müəssisə “Fast food” sektorunda yeni və sağlam qida istehsalını həyata keçirməklə yanaşı, məşğulluğun təmin edilməsinə də öz töhfəsini verəcəkdir.

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel