Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8331
2.1403
0.0184
1.7
0.0587
EUR
1.8331
GBP
2.1403
RUB
0.0184
USD
1.7
TRY
0.0587

2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edilib

2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edilib



Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 32-yə çatıb.

 

“Startap” şəhadətnaməsi "Pickpoint" MMC-nin bağlamaların çatdırılması prosesini avtomatlaşdıran onlayn platforması (www.poste.az), "Smor" MMC-nin avtomobil ehtiyyat hissələrinin satışı üçün marketpleys (www.smor.az), “Maestro Company Limited” MMC-nin məişət xidmətləri üçün veb platforma (www.izzidone.com), “Documood” MMC-nin müqavilələrin onlayn bağlanması üçün veb platforma (www.documood.az) və “Pay2play” MMC-nin rəqəmsal məhsullar (oyunlar) üçün marketpleys (www.pay2play.az) layihələri üçün təqdim edilib.

 

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

 

Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla KOBİA-nın saytından tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi 

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel