Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8221
2.1525
0.0195
1.7
0.0517
EUR
1.8221
GBP
2.1525
RUB
0.0195
USD
1.7
TRY
0.0517

Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib



Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak etdiyi Qlobal Sahibkarlıq Konfransında Azərbaycan startapları da öz layihələrini təqdim ediblər. 

Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (Monshaat) və Beynəlxalq Sahibkarlar Şəbəkəsinin (GEN) təşkilatçılığı ilə keçirilmiş konfransda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə startaplarımız xaricdə onlayn təhsil və təchizatçılarla tədarükçüləri bir araya gətirən onlayn platformalar ilə təmsil olunublar.  

27-30 mart tarixlərində keçirilmiş Qlobal Sahibkarlıq Konfransı çərçivəsində startapçılarımız layihələrini xarici investorlara təqdim edib, bu istiqamətdə bir sıra görüşlər keçiriblər. 

Qeyd edək ki, KOBİA-nın fəaliyyət istiqamətlərindən biri də startap ekosisteminin inkişafına dəstək verməkdir. Agentlik tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir. Ər-Riyadda ölkəmizi təmsil edən "Unibroad" MMC və "Supply Chain Community" MMC-yə də “Startap” şəhadətnamələri verilib. KOBİA həmçinin, yerli startap layihələrinə dəstək məqsədilə qrant verir, onların qlobal bazarlara çıxması, layihələrinin yerli və xarici investorlara təqdim olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. 

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel