Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8451
2.1608
0.0189
1.7
0.0528
EUR
1.8451
GBP
2.1608
RUB
0.0189
USD
1.7
TRY
0.0528

KOBİA-nın təşkilatçılığı ilə Azərbaycan iş adamları İordaniyada səfərdədir

KOBİA-nın təşkilatçılığı ilə Azərbaycan iş adamları İordaniyada səfərdədir



Azərbaycan iş adamları İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində işgüzar səfərdədir. 


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə baş tutan səfərin məqsədi Azərbaycan və İordaniyanın iş adamları və müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə biznes və investisiya layihələrinin reallaşdırılması imkanlarının, ticarət əlaqələrinin inkişafı və İordaniya bazarına çıxış perspektivlərinin müzakirə olunmasıdır. 


Nümayəndə heyətinə ölkəmizdə biznesə dəstək göstərən müvafiq qurumların, biznes assosiasiyaların nümayəndələri, eləcə də kənd təsərrüfatı, qida, turizm, səhiyyə, təhsil sektorlarında fəaliyyət göstərən və idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamları daxildir.   


İordaniyaya səfər çərçivəsində aprelin 17-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin investisiya naziri Khairy Amr ilə görüşüb. Görüşdə Orxan Məmmədov KOBİA və Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin səfər proqramı barədə məlumat verərək ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafının proqramın vacib istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, Agentlik biznes və investisiya təşəbbüsləri ilə bağlı məlumat mübadiləsinə dair birgə əməkdaşlıq platformalarına, İordaniya iş adamlarının Azərbaycana işgüzar missiyasının təşkilinə və ölkəmizdə keçiriləcək sərgilərdə iştirakına dəstək göstərməyə hazırdır. Potensial investisiya layihələrinin mübadiləsi və birgə müəssisələrin yaradılması imkanlarının nəzərdən keçirilməsində də KOBİA İordaniyanın müvafiq qurumları ilə əməkdaşlıqda maraqlıdır.


İordaniyanın investisiya naziri Khairy Amr Azərbaycanın biznesə dəstək göstərən qurumlarının nümayəndələrindən və iş adamlarından ibarət nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluğunu bildirib, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. 

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel