EUR
GBP
RUB
USD
TRY
1.9122
2.0385
2.3008
1.7
1.1753
EUR
1.9122
GBP
2.0385
RUB
2.3008
USD
1.7
TRY
1.1753

KOBİA və İordaniyanın Sənaye Palatası arasında memorandum imzalanıb

KOBİA və İordaniyanın Sənaye Palatası arasında memorandum imzalanıb



İordaniyaya səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İordaniyanın Sənaye Palatasının sədri Fathi Al-Jagber ilə görüşüb. 


Görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinə və bu istiqamətdə iş adamları arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Palatanın rəhbərliyi və İordaniya iş adamları Azərbaycana səfərə dəvət olunub. 


Görüş çərçivəsində KOBİA və İordaniya Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd sahibkarlıq sahəsində məlumat və təcrübə mübadiləsi, iş adamları arasında əlaqələrin təşviqi, birgə tədbirlərin və görüşlərin, qarşılıqlı biznes missiyaların təşkili kimi məsələləri əhatə edir. 

Powered by Froala Editor