Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8221
2.1525
0.0195
1.7
0.0517
EUR
1.8221
GBP
2.1525
RUB
0.0195
USD
1.7
TRY
0.0517

“İnvestisiya səyahəti” tədbiri bu dəfə Gəncədə

“İnvestisiya səyahəti” tədbiri bu dəfə Gəncədə



Mərkəzi Bank, Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və investisiya şirkətlərinin iştirakı ilə Gəncə şəhərində "İnvestisiya səyahəti" tədbiri təşkil olunub. Azərbaycan Texnolgiya Universitetində keçirilmiş tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri kapital bazarı və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılıb. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar keçirilib, kapital bazarlarından yararlanmaq istiqamətində qarşılıqlı interaktiv müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

 

Həmçinin, tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndirilib. 

 

Qeyd edək ki, bu, sayca dördüncü belə tədbirdir. Bundan əvvəl "İnvestisiya səyahəti" tədbiri Xaçmaz, Lənkəran və Yevlax şəhərlərində təşkil olunub. Mütəmadi olaraq keçirilən investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel