Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8255
2.1967
0.0174
1.7
0.0497
EUR
1.8255
GBP
2.1967
RUB
0.0174
USD
1.7
TRY
0.0497

“Startap” şəhadətnaməsi almış texnoloji həldən bank sistemində istifadəyə başlanılıb

“Startap” şəhadətnaməsi almış texnoloji həldən bank sistemində istifadəyə başlanılıb



Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2021-ci ilin iyun ayında “Startap” şəhadətnaməsi verilmiş “Alqoritmik Kredit Texnologiyaları” MMC-nin “Pulapp” məhsulu artıq satış mərhələsinə keçib. Belə ki, şirkət ilə “Merkuri” BOKT arasında imzalanmış müqaviləyə əsasən kredit təşkilatı “Pulapp” texnoloji həllindən istifadə etməklə kiçik fermer kreditlərinin verilməsi üzrə pilot layihəyə start verib.  


“Pulapp” müştəri ilə ilk tanışlıqdan sonra onun biznes məlumatlarını yerindəcə toplamağa və 30-40 dəqiqə ərzində kredit qərarını verməyə imkan verir. Bunun üçün bank əməkdaşının sifarişlə bağlı sadə məlumatları mobil cihaz vasitəsilə bir dəfə daxil etməsi kifayətdir. Proqrama edilmiş inteqrasiyalar sayəsində “Pulapp” müştərinin kredit tarixçəsi, şəxsiyyət vəsiqəsi və rəsmi gəlirləri barədə məlumatları avtomatik rejimdə əldə edir və xüsusi alqoritmlərdən istifadə edərək kredit qərarının bütün şərtlərini əhatə etməklə müştəriyə anında kredit təklifi verir.


Proqram təminatından istifadə kreditləşmə prosesini standartlaşdırır və satış nümayəndəsinin işini əhəmiyyətli dərəcədə sadələşdirir. Proqramın digər üstünlüyü kredit risklərinin idarəedilməsində yeni imkanların açılmasıdır ki, bu da satış nümayəndələrinin qərarvermədə iştirak etməməsi ilə bərabər kredit itkilərini minimallaşdırır. 

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel