Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8451
2.1608
0.0189
1.7
0.0528
EUR
1.8451
GBP
2.1608
RUB
0.0189
USD
1.7
TRY
0.0528

Masallıda sahibkarlarla görüş keçirilib

Masallıda sahibkarlarla görüş keçirilib



Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Masallı şəhərində sağlamlıq imkanları məhdud olan sahibkarlarla görüş keçirilib.

 

Masallı Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzində keçirilmiş görüşdə 30-a yaxın sağlamlıq imkanları məhdud və həssas kateqoriyaya aid şəxslər, sahibkarlar, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi və Masallı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

 

Görüşdə sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası, onların biznesyönümlü bilik və bacarıqlarının artırılması, biznes təşəbbüslərinin dəstəklənməsi, əmək bazarına çıxışına dəstək ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin iştirakçılar sahibkarlıq sahəsində həyata keçirilən layihələr, dövlət dəstəyi tədbirləri, özünüməşğulluq proqramına müraciət qaydaları, peşəyönümlü təhsil, biznes layihələrinin maliyyələşdirilməsi barədə məlumatlandırılıb, təklifləri dinlənilib.

 

Sonra KOBİA, Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), “Azərsu” ASC və digər tərəfdaşların əməkdaşlığı çərçivəsində həyata keçirilən “Əlil sahibkarlara dəstək” layihəsi çərçivəsində təlimləri uğurla tamamlamış 16 nəfərə sertifikat təqdim olunub. Qeyd edilib ki, layihə iştirakçıları Masallı Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi tərəfindən keçirilən peşə təlimlərində iştirak edərək müvafiq peşə biliklərinə yiyələniblər. Hazırda layihə çərçivəsində dərzi, xalçaçılıq, elektrik avadanlıqlarının təmiri, qaynaqçı, foto və video operator sahələri üzrə 41 nəfər üçün peşə təlimləri davam edir. 

 

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel