Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.859
2.2184
0.0176
1.7
0.0496
EUR
1.859
GBP
2.2184
RUB
0.0176
USD
1.7
TRY
0.0496

“İnvestisiya səyahəti” tədbiri Şabranda

“İnvestisiya səyahəti” tədbiri Şabranda



Martın 10-da Şabran şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Mərkəzi Bank, Bakı Fond Birjası və investisiya şirkətlərinin iştirakı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunacaq. 

 

Şabran Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri kapital bazarının imkanları və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılacaq. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar keçiriləcək. Həmçinin tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçiriləcək, onların maliyyələşmə imkanları dəyərləndiriləcəkdir.

 

Qeyd edək ki, bu, sayca yeddinci belə tədbirdir. Bundan əvvəl layihə çərçivəsində tədbirlər Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ və Şamaxı şəhərlərində təşkil olunub. Mütəmadi olaraq keçirilən “investisiya səyahəti” tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel