Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8255
2.1967
0.0174
1.7
0.0497
EUR
1.8255
GBP
2.1967
RUB
0.0174
USD
1.7
TRY
0.0497

Astara, Lerik və Lənkəranda kənd qonaq evləri yaradılıb

Astara, Lerik və Lənkəranda kənd qonaq evləri yaradılıb



“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində kənd qonaq evləri lazımi avadanlıqlarla təmin edilib.

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi” layihəsi çərçivəsində Astara, Lerik və Lənkəran rayonlarında kənd sakinlərinə məxsus 17 ev kənd qonaq evi kimi fəaliyyətə başlayıb. Qonaq evlərindən 6-sı Astara, 8-i Lerik və 3-ü Lənkəran rayonunda yerləşir. Layihə çərçivəsində kənd qonaq evləri özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin edilib. 

17 kənd sakini biznes və turizmlə bağlı, o cümlədən biznes planın yazılması, qonaq evlərinin menecmenti və müştəri məmnuniyyəti, satış, qonaq qarşılama üsulları, təmizlik və gigiyenanın təşkili, qonaq evlərində təhlükəsizlik qaydaları, qidalanmanın təşkili, sosial medianın idarəedilməsi mövzularında təlimlərə cəlb olunub. Eyni zamanda onlara biznesin idarə edilməsi və turizm üzrə məsləhət, biznesin inkişafı ilə bağlı mentorluq xidmətləri göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi regionlarda sahibkarlığın təşviq olunması, özünüməşğulluğun təmin edilməsi, kənd turizminə dəstək və sakinlərin rifahının yaxşılaşdırılmasıdır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Lerikdə kənd qonaq evlərinin fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi” layihəsinə 2021-ci ildə start verilib və ilk olaraq İsmayıllı rayonunda 15 kənd qonaq evi yaradılaraq, müvafiq avadanlıqlarla təmin edilib. Layihənin ikinci mərhələsi üzrə isə müxtəlif rayonlardan olan 220-dən çox kənd sakini qeydiyyatdan keçib və onların arasından meyarlara uyğun olanlar seçilib. Ümumilikdə Quba- Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonları üzrə 50 kənd qonaq evi yaradılıb. 

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel