Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8451
2.1608
0.0189
1.7
0.0528
EUR
1.8451
GBP
2.1608
RUB
0.0189
USD
1.7
TRY
0.0528

KOBİA nümayəndələri Birləşmiş Ərəb Əmirliklərində və Qətərdə səfərdə olublar

KOBİA nümayəndələri Birləşmiş Ərəb Əmirliklərində və Qətərdə səfərdə olublar



Səfər çərçivəsində KOBİA və Qətər Ticarət və Sənaye Palatası arasında görüş keçirilib, Azərbaycanın Dubay və Dohadakı ticarət evləri ziyarət olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Qətərə işgüzar səfər çərçivəsində Dohada bir sıra görüşlər keçiriblər. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Məhəmməd bin Əhməd bin Tvar arasında keçirilmiş görüşdə Azərbaycan-Qətər Birgə Biznes Şurasının fəaliyyətinə, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə təşəbbüslərə və tədbirlərə dair fikir mübadiləsi aparılıb. 

KOBİA nümayəndələri Dohadakı Ticarət Evində də olub, mərkəzin əməkdaşları ilə satış, ixrac və ticarət evinin fəaliyyəti ilə bağlı söhbət ediblər. 

Birləşmiş Ərəb Əmirliklərinə səfər çərçivəsində isə KOBİA nümayəndələri Dubay şəhərində keçirilən “Gulfood 2024” - 29-cu Beynəlxalq Qida, İçkilər və HoReCa Sənayesi Sərgisində olublar. Sərgi ilə tanışlıq zamanı KOBİA nümayəndələri “Made in Azerbaijan” vahid ölkə stendini də ziyarət ediblər. Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 20-dən çox şirkətinin məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur. Stenddə KOBİA və AZPROMO da təmsil olunur, ziyarətçilərə sahibkarlara göstərilən dəstək, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilir, müvafiq çap materialları təqdim edilir.

Səfər çərçivəsində KOBİA nümayəndələri Dubayda fəaliyyət göstərən Azərbaycan Ticarət Evində də olub, məhsullarımızın satışı, ticarət evinin ehtiyacları ilə maraqlanıblar. 

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel