28.02.2024   1820
KOBİA ilə Stavropolun Ticarət və Sənaye Palatası və "Qafqaz.RF" SC arasında imzalanmış anlaşma memorandumları iş adamları arasında əlaqələrin genişləndirilməsi, məlumat və təcrübə mübadiləsi məqsədi daşıyır.
Rusiya Federasiyasının Stavropol vilayətinin Mineralnı Vodı şəhərində keçirilən XII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiyanın müvafiq qurumları arasında iki sənəd imzalanıb.
Azərbaycan və Stavropolun kiçik və orta sahibkarlıq subyektləri arasında ticarət və investisiya əməkdaşlığını təşviq etmək məqsədilə KOBİA və Stavropolun Ticarət və Sənaye Palatası arasında imzalanmış Anlaşma Memorandumunda KOB sahəsində yeniliklərə, dəstək və xidmətlərə dair qarşılıqlı məlumat və təcrübə mübadiləsi, işgüzar missiyaların təşkili, birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
KOBİA və Rusiyanın "Qafqaz.RF" Səhmdar Cəmiyyəti arasında imzalanmış Anlaşma Memorandumunda isə KOB-ların dəstəklənməsi üçün qarşılıqlı məlumatlandırma, KOB-lar arasında əlaqələrin qurulmasına və inkişafına köməyin göstərilməsi, birgə layihələrin və investisiya təşəbbüslərinin reallaşdırılması üçün işgüzar dairələrə dəstək və s. istiqamətlərdə əməkdaşlıq tədbirləri öz əksini tapıb.
Powered by Froala Editor
Sending the project to e-mail: