Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8451
2.1608
0.0189
1.7
0.0528
EUR
1.8451
GBP
2.1608
RUB
0.0189
USD
1.7
TRY
0.0528

Sumqayıtda Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi yaradılıb

Sumqayıtda Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi yaradılıb



Mərkəzdə həssas sosial qruplara aid şəxslərin özünüməşğulluğuna və sahibkarlıq fəaliyyətinə başlamasına dəstək üçün dərzi peşəsi üzrə peşə və biznes bilikləri öyrədiləcək. 

 

Sumqayıt şəhərində Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə həssas sosial qruplara aid şəxslərə ilkin mərhələdə dərzi peşəsi üzrə peşə bilikləri öyrədiləcək, eyni zamanda tekstil məhsulları istehsal olunacaq. Əmək bazarının tələblərinə uyğun olaraq mərkəzdə tədris olunacaq peşələrin sayının artırılması nəzərdə tutulur. 


Mərkəz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi, “Azərsu” ASC, “Azərmaş” ASC, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC, “Ekvita”, Bakı Tekstil Fabriki və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin dəstəyi ilə yaradılıb.  


Sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin dərzi peşəsi üzrə biliklərə yiyələnmələri üçün mərkəzdə lazımi şərait yaradılıb, müvafiq avadanlıqlarla təmin edilib. Mərkəzdə peşə biliklərinə yiyələnən şəxslərə mikro biznesə başlamaq üçün təlim, məsləhət və mentor dəstəyi də göstəriləcək. Peşə və biznes təlimlərini uğurla başa vuracaq sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslər sonrakı mərhələdə özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin edilmələri üçün aidiyyəti qurumlarla əlaqələndiriləcək. Həmçinin, layihənin tərəfdaşları tərəfindən iştirakçılara biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin idarə olunması və inkişafı sahəsində məsləhət xidmətləri göstəriləcək. Peşə təlimlərini uğurla başa vuran şəxslərin həmçinin mərkəzdə işləmək imkanı da var.  


Qeyd edək ki, Sumqayıt şəhərində yaradılmış Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi sayca ikincidir. Bundan əvvəl müvafiq mərkəz Masallıda yaradılıb və uğurla fəaliyyətini davam etdirir. Mərkəzlərin yaradılmasında məqsəd sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası, onların biznesyönümlü bilik və bacarıqlarının artırılması, sosial sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışına dəstək olmaqdır. Ölkənin digər şəhər və rayonlarında da belə mərkəzlərin yaradılması nəzərdə tutulur.

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel