EUR
GBP
RUB
USD
TRY
1.7778
1.8827
2.2278
1.7
1.1171
EUR
1.7778
GBP
1.8827
RUB
2.2278
USD
1.7
TRY
1.1171

KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib

KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib



Qəbulda sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılacağı və həlli istiqamətində tədbirlər görüləcəyi bildirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tərəfindən keçirilmiş qəbulda sahibkarların müraciətləri dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı ətraflı izahat verilib, sualları cavablandırılıb. Sahibkarların araşdırma tələb edən müraciətləri isə baxılması üçün qeydiyyata alınıb.

Qəbula gələn sahibkarlar biznesin inkişafına dair müxtəlif məsələlərlə bağlı müraciət ediblər.

Qeyd edək ki, sahibkarlar KOBİA-nın fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı Agentliyin 131 Çağrı Mərkəzinə müraciət edərək ətraflı məlumat ala, www.smb.gov.az internet səhifəsindəki “Müraciətlər” bölməsində qeydiyyatdan keçməklə müraciət edə və “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə Agentliyin rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər.

Powered by Froala Editor