EUR
GBP
RUB
USD
TRY
1.9019
2.0271
2.2841
1.7
1.1571
EUR
1.9019
GBP
2.0271
RUB
2.2841
USD
1.7
TRY
1.1571

Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçiriləcək

Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçiriləcək



20-22 fevral tarixlərində Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim olunacaq. Ümumilikdə, sərgidə 150-ə yaxın şirkətin iştirakı nəzərdə tutulur.

Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.


Powered by Froala Editor