Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8298
2.1313
0.0185
1.7
0.0587
EUR
1.8298
GBP
2.1313
RUB
0.0185
USD
1.7
TRY
0.0587

Sahibkar və menecerlər Almaniyada

Sahibkar və menecerlər Almaniyada



Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə azərbaycanlı sahibkar və menecerlərin Almaniyada növbəti ixtisasartırma kursuna start verilib.

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 18 sahibkar və menecer Almaniyanın Münhen və Yuxarı Bavariya üçün Ticarət və Sənaye Palatası Tədris Mərkəzində təlimlərdə, müvafiq müəssisələrdə istehsalat təcrübəsində iştirak edir, ixtisaslaşmış şirkətlərdə işgüzar görüşlər keçirirlər.

Sahibkar və menecerlər arasında turizm, şəkər çuğunduru istehsalı, məişət tullantılarının təkrar emalı və satışı, logistika, mebel istehsalı, tikinti sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər üstünlük təşkil edir.

Ümumilikdə indiyədək proqram çərçivəsində 440 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib.

Eyni zamanda 2020-ci ilin iyun-iyul aylarında Almaniyada ixtisasartırma kursu keçəcək növbəti qrupun müəyyənləşdirilməsi üçün GİZ-in mütəxəssisləri tərəfindən KOBİA-da sahibkar və menecerlərlə müsahibələr aparılır.

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel