Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8221
2.1525
0.0195
1.7
0.0517
EUR
1.8221
GBP
2.1525
RUB
0.0195
USD
1.7
TRY
0.0517

“Resurs səmərəliliyi və daha təmiz istehsalat”a dair məlumatlandırıcı seminar keçiriləcək

“Resurs səmərəliliyi və daha təmiz istehsalat”a dair məlumatlandırıcı seminar keçiriləcək



Avqustun 13-də Avropa İttifaqının dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “EU4Environment” regional layihəsinin “Resurs səmərəliliyi və daha təmiz istehsalat” komponenti çərçivəsində onlayn məlumatlandırma seminarı keçiriləcək. 


Tədbirin məqsədi “EU4Environment” regional layihəsi barədə məlumatlılığın artırılması, layihənin “Resurs səmərəliliyi və daha təmiz istehsalat” komponenti üzrə fəaliyyət planının təqdimatı və fəaliyyətlərin həyata keçiriləcəyi bölgələr və sektorlar barədə müzakirələrin aparılmasıdır. 


Seminar yaşıl inkişaf, dairəvi iqtisadiyyat, resurs səmərəliliyi, daha təmiz istehsal, sənaye inkişafı və ətraf mühitin qorunması ilə maraqlanan hər kəs üçün açıqdır.


Seminarda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və digər hökumət qurumlarının, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin, Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişaf Təşkilatının (UNIDO), həmçinin şirkətlərin, təşkilatların, birliklərin, QHT-lərin, maliyyə qurumlarının, akademik və tədqiqat institutlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. 


Tədbirdə iştirak etmək istəyənlər əvvəlcədən aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçməlidirlər:


https://zoom.us/meeting/register/tJAsd-CorDkuEt10zqDTUprn7fZkJs2s1KoX

 

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel