Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8981
2.2599
0.0185
1.7
0.0499
EUR
1.8981
GBP
2.2599
RUB
0.0185
USD
1.7
TRY
0.0499

"Startap” şəhadətnaməsi almaq istəyən sahibkarlar üçün vebinar keçirilib



Oktyabrın 26-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Startap” şəhadətnaməsi almaq istəyən sahibkarlıq subyektləri üçün məlumatlandırıcı vebinar təşkil olunub. 

 

Startapların və KOB subyektlərinin iştirakı ilə keçirilmiş onlayn tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov və Agentliyin əməkdaşı Hümbət Abdullayev “Startap” şəhadətnaməsi, onun üstünlükləri, şəhadətnamə üçün müraciət qaydası və sənədləşmə barədə məlumat veriblər. Qeyd olunub ki, KOB subyektlərini innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsini əldə etmək istəyən mikro və kiçik sahibkarlar Agentliyə birbaşa və ya elektron qaydada müraciət edə bilərlər.

 

Tədbir çərçivəsində həmçinin, KOBİA-nın da tərəfdaşı olduğu “EY İlin İş Adamı” müsabiqəsi barədə ətraflı məlumat verilib, proqram haqqında videoçaxr təqdim olunub.

Vebinarın sonunda KOB subyektlərini və startapları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel