Biznes layihəsinin təsviri:
İnnovativ ideya.
Azərbaycanda və həmçinin dünyanın heç bir yerində olmayan bir sahibkarlıq ideyasını projedən reallığa çevirərsək bu,iqtisadiyyatımıza və xalqımıza böyük bir töhfə olar. Söhbət kənd təsərrüfatı ilə yüngül sənayenin vəhdəti əsasında həm dəvə,keçi və qoyun fermalarını yaratmaq,həm dünya üzrə özünü göstərən ərzaq qıtlığının qarşısına çıxmaq-dəvə,keçi və qoyundan əldə edilən süd,qaymaq,yağ,pendir,şor və ət əldə etmək-xalqımıza və bir qədər sonra ixracatla dünya əhalisinə sağlam bir həyat tərzinə yiyələnmək yolunda töhfələr vermək,bir neçə vaxtdan sonra bu məhsulları ixrac etməklə külli miqdarda qazanc əldə etmək, qoyun,keçi,dəvə xəzlərindən yararlanmaqla xəz paltarlar-ətəklər(yubkalar),koftalar-müxtəlif formalı-düyməli və düyməsiz bluzlar,pencəklər,paltolar,donlar,kostyumlar,əlcəklər,çantalar,kəmərlər,qalstuklar,ayaqqabılar,corablar,müxtəlif aksesuarlar ,divan,kreslo və yataq örtükləri istehsal edərək bütün dünyada qeyri-adi bir istehsala sahiblənməkdən gedir.Qeyd etmək lazımdır ki,bu geyim əşyaları həm də müalicəvi bir məhsul növü olacaqdır-çünki həkimlər yaxşı bilirlər ki,təbii xəzlər həm də müalicəvi dəyərlərə malikdir.Bunun üçün bir müəssisə yaradaraq işçiləri dəvət etməklə qeyri-adi innovativ bir sənayeni reallaşdırmaq-həm qazanc əldə etmək,həm də xalqımızın sağlamlığına töhfə vermiş olarıq-maraqlana bilərsiniz ki,belə bir sənaye növü dünyada mövcud deyil ki,şalvarlar,ətəklər,corablar,əlcəklər,müxtəlif aksesuarlar xəzdən hazırlanmış olsun.Belə məhsulları soyuq ölkələrə ixrac yolu ilə külli miqdarda qazanc əldə edərik.Düzdür,bəzi ölkələrdə şubalar və xəz gödəkçələr istehsal olunur,amma həmin istehsallar vəhşi heyvan xəzlərindən istifadə etməklə ortalığa çıxır.Həkimlər isə yalnız ev heyvanlarının xəzlərinin müalicəvi olduğu qənaətindədirlər.Bunu hər birimiz çox gözəl bilirik.Onu da qeyd edim ki,alimlər artıq Yer Kürəsinin kürə deyil,oval formada olduğunu deyirlər.Bu isə o anlamdadır ki,yayımız isti olduğu qədər qışımız da soyuq olacaq,yəni belə xəzli geyim və örtüklər,həmçinin müxtəlif aksesuarlar daima gərəkli vacib hesab olunacaq.Həm də bu yaradılacaq müəssisələrdə yüzdən artıq işçi olacaq ki,bu da işsizliyə yardım proqramına töhfə olacaq.Belə ki,həm fermada,həm dəri-xəz aşılamaq sektorunda ,həm tikiş bölmələrində,həm də qida sahəsində işçilərə daim ehtiyac olacaq və zaman keçdikcə də bu işçilərin sayı iş genişlənməsinə müvafiq olaraq daha çox olacaqdır.Xahiş edirəm ki,bu müəssisənin yaradılması üçün mənə maliyyə dəstəyi verəsiniz.İnvestor yanılmayacaq və bizə mühüm olan maliyyə dəstəyi üçün peşman olmayacaq.Bu maliyyə beş milyon manatdır.Alınacaq imkanlı texnologiyaya malik tikiş maşınları,müvafiq aşılama avadanlıqları,dəvə,keçi və qoyuna ayrılan pullar,məkan,otlaq və yem bazası,yük maşınları,mühafizə xidmətləri bu pula ancaq başa gələcək.Təbii ki,işçilərin maaşı da bura daxil və qalan cümlə xərclər də-daşınma,sığorta,enerji,su və s. xərclər.