Biznes layihəsinin təsviri:
Pavilyonun yeniliyi, onun içində divarları 3 tərəfdən əhatə edən 59x0,5x0,6 metr ölçüsündə bitkilərin əkilməsi və yaşayişı üçün, içində torpaq sahənin yaradılmasına imkan verən konteynerin yerləşdirilməsidir. Gündəlik iş rejimində pavilyon kafe-bar kimi fəaliyyət göstərir. Gündəlik kafe-bar rejimində bitkilərin qorunması və qulluğu üçün konteynernən masaların arasında 1 metr enlikdə hasarlanmış koridor qurulur. Pavilyonu daha geniş tanıtdırmaq və gəliri artırmaq məqsədilə pavilyonda müxtəlif sərgilər, yarmarkalar və tədbirlər keçirdmək olar. Pavilyonun bitkilər olmayan giriş hissəsində tualetlər və tələb olunan əlavə sahələr qurulur. Statistik məlumatlara görə bitkini sevən insanların əksəriyəti çoxsaylı bitkilərə qulluğ edilməsilə rastlaşanda çətinlik çəkib qulluğdan imtina edirlər. Müxtəlif bitkilərin toplam xeyirli təsirini evlərində almadığına görə bitkilər olan qapalı istirahət yerlər axtarırlar. Təqdim edilən pavilion digər bitkilər olan istirahət yerlərilə eyni keyfiyyət əlamətlərlə olmaqla kəmiyyət əlamətlərlə üstün və daha təmiz ətraf mühid yaradaraq daha çox müştəriləri cəlb edə bilər.