Biznes layihəsinin təsviri:
Həm internet üzərindən oyuna uzaqdan çıxışı olan, həm də birbaşa platformada olan Azərbaycan ərazisi boyunca oyun xarakterli qrup- platformaların yaradılması. Ödəmə edən hər kəs oyuna daxil ola bilər. Oyunların seçimi böyük və müxtəlif olacaqdır. Oyunların prinsipi belədir: yaratdığımız platformalarda mini avtomobillər və mini gəmilər olacaqdır. Yuxarıda göstərilən avadanlıqların hamısında yüksək keyfiyyətli videonun ötürülməsi üçün HD formatlı kameralar, həmçinin xüsusi çiplər quraşdırılacaq və bunun sayəsində mini avtomobillər İnternet vasitəsilə idarə ediləcəkdir. Bütün platformalar müstəqil və müxtəlif olacaqdır. Bu layihə, mənim hesablamalarıma görə, Azərbaycanı dünyaya yeni bir rakursda təqdim edəcəkdir. Bu perspektiv, turizmin yeni bir qolunu - onlayn turizmi təmsil edir, yəni evdən çıxmadan istəyən hər kəs Azərbaycanda olan mənzərəli və rəngarəng oyuna daxil ola bilər.