Biznes layihəsinin təsviri:
Layihə çərçivəsində sahibkar ət, tərəvəz və meyvələri emal edərək (müxtəlif növ qida hazırlayaraq) sterilizə edib 0.3 -3 litr şüşə qabda (twist off krışka) konservləşdirməyi nəzərdə tutur. Son nəticədə istehlakçılara konservləşdirilmiş hazır qida məhsulu təqdim ediləcək. 250 m2 istehsal zonası Xacmaz rayonu Qaradağlı kəndi Bakı-Xacmaz yolun qırağında 2 hektar torpaq sahəsində yerləşir. Yolun qırağında təndir xana, dükan, moyka və kafe fəaliyyəti ücün tikintilər var.150 m2 yaşayış zonası var. Bağ (alma,armud,şaftalı,alça, gəvalı,albalı,heyva,nar,üzüm) var. 360 transformator, su kanalı var. İstehsalat zonasında ayda 10 ton məhsul emal etmək qabiliyəti var. 50 ədəd ceşidtən cox olaraq ayda 20000 şüşə banka məhsul istehsal etmək mümkündür.