Biznes layihəsinin təsviri:
Kirəmit istehsalı layihəsi “Başak Group” şirkətinin təbii
gildən istehsal edilən kirəmit istehsalını əhatə edir. İstehsal
müəssisəsinin Abşeron ərazisində quraşdırılması planlaşdırılır. Belə
ki, sahibkar 99 illik müqavilə ilə torpaq sahəsini icarəyə götürərək
fəaliyyətə başlayacaqdır. Zavodun ümumi sahəsi 2.000 m
2
olacaqdır. Zavod ərazisinə a) xammal anbarı; b) məhsul istehsalı
üçün emalatxana; c) hazır məhsul anbarı daxildir. Hal-hazırda
fəaliyyət göstərən “Başak Group” şirkəti ölkəyə idxal olunan
kirəmitin 70%-ə qədərini tək başına idxal edir.
Müasir avadanlıqlarla tikiləcək tikinti sənayesi istehsalı
kompleksində əsas vəsaitlərə yenidən investisiya olunmadan
fəaliyyəti kateqoriyalar üzrə 10 il kimi proqnozlaşdırılmışdır.
İstehsal üçün vacib olan sistemin qurulması, maddi aktivlərin
əldə edilməsi və avadanlıqların yerləşdirilməsi də daxil
olmaqla ümumi investisiya xərclərinin 5.950.000 manat olacağı
proqnozlaşdırılmışdır. İnvestisiya ediləcək məbləğin 78,2%-nin
kapital, 21,8%-nin isə borc öhdəliyi əsasında maliyyələşdiriləcəyi
proqnozlaşdırılmışdır.
Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən
yoxlanılıb və kreditləşməyə hazırdır