Biznes layihəsinin təsviri:
davamlı inkişaf edən dünyada kompüterləşmə sürətlə artır və bu sürətli artım, xüsusi olaraq e-idmançılar üçün internet kafelərə ehtiyacı da gətirir. Elektron idmançıların məşq edə biləcəyi, turnirlərdə iştirak edə biləcəyi və digər elektron idmançılarla ünsiyyət qura biləcəyi xüsusi mühit axtarışları gündən-günə artır. Elektron idmançılar üçün internet kafe açmaq və turnirlər həyata keçirməklə həm çox sərfəli bir biznes ideyasıdır həm də meta dünyanın real dünyamızda ki, rolunu insanlara göstərməkdir.