Biznes layihəsinin təsviri:
Təşəbbüskar investisiya layihəsi çərçivəsində müasir texnologiya və avadanlıqların, həmçinin intensiv metodların tətbiqi ilə 16 hektar ərazidə intensiv bağçılıq (açıq tipli fabrika) təsərrüfatı salmağı planlaşdırır. Təsərrüfatın yaradılmasında Türkiyədən gətiriləcək yüksək məhsuldarlığa malik tinglərdən istifadə olunması nəzərdə tutulur. Təsərrüfatda əkilən ağaclar tam bara düşdükdən sonra il ərzində 500 tonadək meyvə istehsal olunacaqdır. Təşəbbüskarın layihəni həyata keçirmək üçün Şəki rayonunun İnçə kəndi ərazisində müvafiq torpaq sahəsi mövcuddur. Ərazi kommunikasiya xətləri ilə təchiz olunmuşdur və ərazidə artıq bağların salınması ilə işlər başlamışdır. Layihə üzrə ümumilikdə 16 hektar sahənin 5 ha-da alma, 5-ha-da armud, 3 ha-da gavalı və 3 ha-da gilas bağı nəzərdə tutulur. Təsərrüfatda Türkiyədən gətiriləcək yüksək məhsuldar, şəraitə dözümlü və məhsulları uzun müddət qala bilən tinglər tətbiq olunacaqdır. Şirkətin təsərrüfatın yaradılması üçün Şəki rayonunun İnçə kəndi ərazisində müvafiq torpaq sahəsi mövcuddur. Ərazi müvafiq kommunikasiya xətləri ilə təchiz olunmuşdur. Hal-hazırda ərazidə bağ salınması ilə bağlı hazırlıq işləri aparılır.Təsərrüfat rəhbərinin kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində müvafiq təcrübəsi vardır. Təşəbbüskar qarşıya qoyduğu hədəflərə nail olmaq üçün yüksək ixtisaslı işçi heyəti təşkil ediləcəkdir və bu göstərici Təşəbbüskarnin qeyri maddi aktivi kimi yüksək qiymətləndirilərək kifayət qədər fəaliyyətinə təsir göstərəcəkdir.
İntensiv bağçılıq təsərrüfatının yaradılması nəticəsində 11 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, məhsul yığımı dövründə əlavə mövsümi işçilərin cəlb olunması nəzərdə tutulur. Bu baxımdan, təsərrüfat fəaliyyətə başlaması ilə rayonda əhalinin məşqulluğunun təmin olunmasına müsbət töhfə verəcəkdir.
İşçi heyəti aşağıda əks olunan cədvəldən ibarət olacaqdır. İşçi heyətinin cəlb edilməsində rayonun mövcud potensialından istifadə ediləcəkdir. Təsərrüfatın yaradılmasına hazırlıq, xammal və materiallarla təchizat, istehsal və satış prosesinin həyata keçirilməsinə bilavasitə direktor tərəfindən rəhbərlik ediləcəkdir.