Hər bir layihə üzrə ideya müəllifi əsas meyyarlardandır. Belə ki, ideya və ya layihə sahibinin təcrübəsi layihənin cəlb ediciliyini atrıtan amildir. Bu səbəbdən şəxsi hesabınızda iş təcrübənizi göstərin, konkret təcrübəni (iş yeri, müddət, vəzifə öhdəlikləri) göstərməyiniz məsləhətdir.
Layihənizi əlavə etmək üçün "Hesabım" - "Layihələrim" - "Layihə əlavə edin" bölməsinə daxil olmalısınız. Bundan sonra, bütün əsas məlumatları doldurmalı və “Layihəni daxil edin” düyməsinin klik etməlisiniz.
Sizdən məsuliyyətlə yanaşmanızı və məlumatları mümkün qədər tam təqdim etməyinizi xahiş edirik. Layihənizi əlavə etdikdən sonra təqdim olunan məlumatlar mütəxəssislərimiz tərəfindən təhlil ediləcək. Yalnız təsdiq edilmiş layihələr portalda yerləşdiriləcək. Təsdiq edilməmiş layihələr haqqında isə Sizə düzəlişlər üçün e-poçt üzərindən bildiriş təqdim ediləcəkdir. Qeyd edilənlərlə yanaşı layihə yerləşdirilərkən aşağıda göstərilənlərə diqqət etməyinizi tövsiyyə edirik.
- Layihənin təsviri
- Layihəniz üçün bir ad tapın. Unutmayın ki, ilk növbədə saytımızın istifadəçilərinin layihənizə marağı addan asılıdır.
- Layihənizi sərbəst şəkildə ətraflı təsvir edin. Hər bir layihənin öz xüsusiyyətləri var, ona görə də ətraflı təsvir mahiyyəti və əsas fikri əks etdirməyə, istifadəçiləri tam məlumatla maraqlandırmağa kömək edəcəkdir.
- Hər bir investor üçün investisya edəcəyi layihə üzrə gəlir əldə etmə kanalları barədə məlumat almaq maraqlı olar. Bu səbəbdən bu barədə ətraflı məlumat verməyiniz layihənizi cəlb edici edə bilər.
- Layihənizin unikallığı haqqında qeydlər etməklə investorların diqqətin cəlb edə bilərsiniz.
- Əgər layihəniz ideyadan hazır layihələ çevrilmişdirsə bazar analitikası barədə fikirlər qeyd etməyiniz mütləqdir. Bu investorlar üçün əsas nüanslardan biri hesab edilir.
- Hər bir biznes layihəsi üzrə satış strategiyası və marketinqi əsas itiqamətlərdən biridir. Bu barədə məlumatlar layihənin uğurlu olması istiqamətində atılmış müsbət addımlardan hesab olunur. Bu səbəbdən Satış strategiyası və marketinqi haqqında məlumatları tərtib etməyiniz məqsədəuyğundur.
- Hər bir investor investsiya edəcəyi layihəyə ideya səhibi tərəfindən risklərin nəzərə alınması maraq doğruru. İdeya sahibinin cəlb etdiyi və ya layihələ yatırdığı vəsaitlər barədə məlumatlar isə layihələri investorlar üçün daha cəlb edici hala gətirir.
- Biznes layihəsinin gözlənilən yerini göstərin (şəhər, kənd və s.).
- Biznes layihəsinin istiqamətinin aid olduğu kateqoriyanı göstərin. Layihə əlavə etmək üçün anketi doldurarkən sizə müxtəlif kateqoriyaların siyahısı təklif olunacaq.
- Layihə üzrə patent hüququnuzun olub olmaması barədə məlumat mütləqdir.
- Layihənizin startap olub olmaması barədə məlumat mütləqdir.
- Həyata keçirilən layihənin nizamnamə kapitalında payları necə bölüşdürməyi planlaşdırdığınızı göstərin. Yəni cəlb etmək istədiyiniz investisiya vəsaitinin hansı formada (borc və ya ortaqlıq) olması barədə məlumat verin.
- Layihəniz hazırda hansı mərhələdədir? Sadəcə bir ideya var, yoxsa artıq biznes plan hazırlamısınız və layihələndirmisiniz, yoxsa artıq işlək biznesdir?
- Layihənizin açıq internet resurslarında paylaşılmasına münasibət bildirin.
- Layihə haqqında əlavə informasiya
- Əgər fikirlərinizi ideyadan layihəyə çevirmisinizsə bu istiqamətdə sayt və ya blog yatarmağınız tövsiyyə edilir. Lakin portalda bu mütləq tələb edilən bir məlumat deyil.
- İnvestorlar üçün maraqlı olan əsas məsələlərdən biri layihənin ümumi dəyəridir ki, bu barədə məlumatların daxil edilməsi mütləqdir. Unutmayın ki, layihənin ümumi dəyəri layihənin bütün mümkün maliyyə komponentlərindən ibarət olan məbləğdir: layihəyə qoyulmuş öz vəsaiti + biznesin mövcud hissəsinin qiymətləndirilməsi + layihənin inkişafı üçün tələb olunan investisiya məbləği və digər mümkün komponentlər. Öz layihənizi necə qiymətləndirirsiniz?
- Həmçinin tələb olunan investisiya məbləğinin daxil edilməsi mütləq tələb olunur.
- Layihə ilə bağlı şəkillər əlavə etməyiniz mütləqdir. Şəkil əlavə edərkən tələbləri gözləməyiniz mütləqdir (1 şəkil üçün tövsiyə olunan maksimal piksel 1024x768, ümumi şəkillər üçün maksimal ölçü 2mb-dır.). Şəkillərin keyfiyyətinə mütləq nəzarət edin. Ekrandan götürülmüş və ya keyfiyyətsiz şəkillər olan elanlar təsdiq edilməyəcəkdir.
- Layihəniz üçün təxmini vaxt çərçivəsi nədir? Bunu təyin edərək Geri ödəmə müddətini il olaraq qeyd edin.
- İnvestor üçün ayda proqnozlaşdırılan xalis mənfəət haqqında məlumat verməyi də unutmayın (maksimum mümkün göstərici, AZN)
- Qeyd edilənlərlə yanaşı layihə üzrə “Satışdan proqnozlaşdırılan gəlir(%)” və İnvestisiya gəlirliliyi indeksi (%) investorlar üçün maraqlı amillərdəndir.
- Portalda layihələrin və məlumatların qorunması üçün bir çox mexanizmlər tətbiq edilir. Bu səbəbdən əlaqə vasitələrinin kimlərə görünməsini özünüz təyin edirsiniz.
- Sənədlər
- İstənilən layihə üzrə materialların təqdim edilməsi investorlar tərəfindən müsbət qarşılanır. Bunun üçün təqdim edəcəyiniz layihələr üzrə sənədlər və təqdimatlar əlavə etməyiniz tövsiyyə olunur.
- Təqdim edilmiş materiallar yalnız investor kimi investisiya elanı vermiş şəxslər tərəfindən əldə edilə bilər. Digər istifadəçilər üçün bu məlumatlar əlçatmaz olacaqdır.
- Layihəniz haqqında hər hansı bir təqdimat, biznes plan, Daxili bazar araşdırması, Marketinq tədqiqatı və ya təqdim etmək istədiyiniz əlavə materiallar mövcuddursa tələb olunan formatlarda və ölçülər üzrə yerləşdirin, əks halda “xeyr” seçimi edin.
Sizə uğurlar arzulayırıq və layihənizin həyata keçməsi üçün əlimizdən gələni edəcəyik!
Powered by Froala Editor