Please ensure Javascript is enabled for purposes of website accessibility
EUR
GBP
RUB
USD
TRY
1.8505
2.199
0.0192
1.7
0.0514
EUR
1.8505
GBP
2.199
RUB
0.0192
USD
1.7
TRY
0.0514

Alternativ maliyyələşdirilməyə dair tədbir keçirilib

Alternativ maliyyələşdirilməyə dair tədbir keçirilib



Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Azərbaycanda İslam bankçılığı üçün hüquqi çərçivənin inkişaf etdirilməsi” layihəsinə dair tədbir keçirilib. İqtisadiyyat, Ədliyyə və Maliyyə nazirliklərinin, Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə İslam İnkişaf Bankının, İslam Maliyyəsi üzrə Məsləhət və Zəmanət Təşkilatının ekspertləri tərəfindən alternativ maliyyələşdirmə alətlərindən olan İslam bankçılığı ilə bağlı məlumat verilib, müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında sahibkarlıq subyektlərinin alternativ maliyyə imkanlarının genişləndirilməsi məqsədilə 2017-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı arasında “Azərbaycan Respublikasında İslam maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında Qrant Sazişi” imzalanıb. KOBİA saziş üzrə məsul icraçıdır.

Powered by Froala Editor


Sending the project to e-mail:




Cancel